Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kript
FED.az xəbər verir ki, nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb.
"Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər", - deyə o, qeyd edib.