Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası Elçin Namazlıya həvalə olunub.
Bundan öncə adıçəkilən vəzifəni Ağasəməd Əfəndiyev tutub. Vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən A. Əfəndiyev Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamentinə rəhbərlər təyin olunub.
Nazirlikdən verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.