Azərbaycanda bu ildən ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən edilir. Həmin maddədə tibb xidmətlərinin ƏDV-dən azad edilməsi göstərilməyib.
FED.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər.
Qurumun açıqlamasında deyilir ki, xarici tibbi xidmətlərə görə edilən ödənişin ƏDV-dən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Vergi Məcəlləsinin 106.1.5-ci maddəsində edilmiş dəyişikliyə görə, icbari tibbi sığorta, səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun mənfəəti müddətsiz olaraq mənfəət vergisindən azad edilib”.