Vergilər naziri Fazil Məmmədov “MasterCard” ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb.
FED.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, Azərbaycanda Amerika Tticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında nazir adıçəkilən şirkətin nümayəndəsinin vergi yükünün çox olması ilə bağlı iradına cavab olaraq qeyd edib ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vəzi vergi dərəcələrindən yüksəkdir. “Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır”.