Bu gün qanunvericilikdə baş vermiş son dəyişikliklərin tətbiqi mexanizmi ilə əlaqədar bank nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.
Görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə təşkil edilib.
Görüşdə qanunvericilikdə baş vermiş son dəyişikliklərlə əlaqədar, tətbiqi nəzərdə tutulan yeni vergitutma obyektləri üzrə zəruri olan icra mexanizmləri və metodologiyanın müzakirəsi, o cümlədən yeni tələblərlə əlaqədar Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək yeni hesabat formalarının tətbiqi məsələləri müzakirə edilib.
bbn©