ƏDV qeydiyyatında olan müəssisə digər vergi ödəyicisi olan fiziki şəxslə icarə müqaviləsi bağlayaraq, icarəyə daşınmaz əmlak götürüb. Bu halda müəssisə tərəfindən icarə haqqı nağd qaydada ödənilə bilərmi?
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bununla bağlı açıqlama verib
“Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinə əsasən, qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsinə aid edilib.
ƏDV məqsədləri üçün qeydiyyatda olan müəssisə tərəfindən digər vergi ödəyicisindən icarəyə götürülmüş daşınmaz əmlaka görə ödənilən icarə haqqı 30 min manat hədd daxilində nağd qaydada ödənilə bilər”.
bbn©