Qlobal kredit reytinqi agentliyi Moody's Türkiyədəki seçkiləri qiymətləndirib.
Moody's Türkiyədəki seçkiləri qiymətləndirdi - YÜKSƏK İNFLYASİYA DAVAM EDƏ BİLƏR
FED.az xəbər verir ki, Moody's dərc etdiyi qiymətləndirmədə, yeni Ərdoğan dövrünün - "mövcud qeyri-ortodoksal (ənənəvi olmayan, qaydalara əks - red) siyasətlərin, çox yüksək inflyasiya ilə bərabər makroprudensial tədbirlərin və ağır məzənnə təzyiqlərinin" davam etməsi ola biləcəyini qeyd edib.
Qiymətləndirmədə Kamal Kılıçdaroğlunun qələbəsinin ortodoks siyasətlərə (ənənəvi qaydalara - red) qayıtmaq ehtimalını artıracağını və bu siyasətlərin effektiv şəkildə həyata keçiriləcəyi təqdirdə bunun uzunmüddətli perspektivdə kredit reytinqinə müsbət təsir göstərə biləcəyi qeyd edilib. (Marja)