Xəbər verildiymi kimi, «Moody's Investors Service» («Moody's») Azərbaycanın uzunmüddətli reytinqini və Azərbaycan hökumətinin təmin olunmamış borc üzrə reytinqini Ba2-dən Ba1-ə yüksəldib, reytinq üzrə proqnozunu isə «Pozitiv»dən «Stabil»ə çatdırıb.
Eləcə də bax: "Moody's" Azərbaycanın 5 bankının reytinqini - TƏSDİQLƏYİB
Eləcə də bax: “Moody’s” Azərbaycanın kredit reytinqlərini - “Ba1”ə YÜKSƏLDİB
FED.az bildirir ki, bundan başqa, «Moody's» agentliyi «Cənub Qaz Dəhlizi» QSC-nin xarici valyutada təmin edilməmiş reytinqini «Ba2»dən «Ba1»ə, proqnozu «Pozitiv»dən «Stabil»ə yüksəldib.
Agentliyin bununla bağlı açıqlamasında bildirilir ki, reytinqin yüksəldilməsi Azərbaycanda son illər effektivliyin artırılması üzrə siyasəti əks etdirir, bu da özünü büdcə idarəetməsinin yaxhılaşmasında və gələcək şokların amortizasiya imkanlarının artırılmasında göstərir.
Agentlik bildirir ki, pandemiyaya baxmayaraq Azərbaycanda büdcə göstəriciləri yüksəkdir və gözlənildiyindən daha sürətlə yaxşılaşır. Bunun səbəbi iqtisadiyyatın dirçəlməsi şəraitində büdcənin ağıllı idarə edilməsi vəə neft-qazın yüksək qiymətləridir.
«Moody's» gözləyir ki, hökumətin antiinflyasiya tədbirləri və Mərkəzi Bankın aktiv makroiqtisadi siyasəti inflyasiya risklərinin qarşısını alır, hansı ki, bu risklər Rusiya-Ukrayna müharibəsindən sonra daha da yüksəlib.
Agentlik bildirir ki, «Sabit» proqnoz Azərbaycanın iri aktivlərinin kredit qabiliyyətini göstərir. Məhz bu aktivlər ölkənin fiskal dayanıqlığının və likvidliyin azalması və xarici risklər qarşısında zəifliyin azalmasının əsasında dayanır. Eyni zamanda ölkədə iqtisadi diversifikasiya və idarəetmə (hansı ki, bir qədər yaxşılaşır) perspektivləri yenə də məhduddur.
«Geosiyasi gərginlik və qonşu Ermənistanla gərginlik qalmaqdadır, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin nəticələri, o cümlədən təkrar sanksiyalar və ticarət və təchizat zəncirinin pozulması vəziyyətin pisləşməsi üçün risklər yaradır»-deyə açıqlamada deyilir.
Eyni zamanda «Moody's» Azərbaycanın yerli və xarici valyutada reytinqini bir pillə artıraraq «Baa3»dən «Baa2»yə, və «Ba2»dən «Ba1»ə yüsəldib.
Milli valytada olan reytinqlə suveren reytinq arasındakı iki pilləli fərqin səbəbi hələ də hökumətin iqtisadiyyata böyük təsiri, idarəetmə institutlarının zəif olmasıdır.
Xarici və yerli valyutadakı reytinqlər arasındakı 2 pilləli fərqin səbəbi isə yerli valyutaya getdikcə artan (amma hələ də məhdud olan) inam və manatın faktiki olaraq dollara «bağlanmasıdır». Baxmayaraq ki, ölkədə məzənnə rejimi formal olaraq çevikdir, faktiki olaraq manat dollara bağlıdır ki, bu da göndərilmə və konvertasiya məhdudiyyəti riskləri yaradır.
Agenlik bildirir ki, büdcə qaydaları, hansı ki, pandemiya dövründə dayandırılmışdı, yenidən baxılır ki, qeyri-neft gəlirlərin xərclənməsində çeviklik təmin edilsin, eləcə də iqtisadi aktivlik artırılsın. Agentlik qeyd edir ki, hazırda ölkənin qeyri-neft gəlirləri gözləniləndən daha sürətlə artmaqdadır.
Belə ki, ötən il qeyri-neft gəlirləri gözləntiləri aşmışdı və böyük ehtimalla bu il də üstələyəcək, bu da imkan verəcək ki, Qarabağın dirçəldilməsinə ayrılan vəsaitlərə və antiinflyasiya tədbirlərinə yenidən baxılsın. Yeri gəlmişkən, «Moody's» agentliyinin açıqlamasında Qarabağ deyil «Dağlıq Qarabağ» yazılıb.
«Yeni fiskal qaydalar isə hökumətin qeyri-neft defisinin azaldılması ilə bağlı planlara sadiq olduğunu göstərir»-deyə açıqlaması deyilir.
Eləcə də «Moody's» gözləyir ki, aparılan islahatlar vaxt keçdikcə, şərti öhdəliklər riskini də aşağı salacaq.
Hökumət «Azərbaycan İnvestisiya Holdinqi» vasitəsilə dövlət müəssisələrinin borclarına nəzarəti gücləndirib. Digər islahatlar, o cümlədən korporativ idarəetmənin yaxşılaşması, maliyyə və audit informasiyalarının açıqlanması qaydalarının tətbiqi isə davam edir.
«Moody's» hesab edir ki, 2017-ci ildə Beynəlxalq Bankın problemli aktivlərinin keçirildiyi «Aqrarkredit»ə dövlət tərəfindən böyük vəsait keçirilməsinə ehtiyac olmayacaq.
Neft gəlirlərindən düzgün istifadə xarici risklərin azaldılmasına səbəb olacaq
Agentlik bildirir ki, pandemiyanın təsirinə baxmayaraq 2021-ci ildə Neft Fondunun aktivləri artmaqda davam edib. Neftin yüksək qiymətləri şəraitində gəlirlərin büdcə məqsədilə istifadə olunmayaraq Neft Fondun toplanması kimi ehtiyatlı addımlar dövlətə imkan verib ki, valyuta ehtiyatların atırsın. Nəticədə 2022-ci ildə bu ehtiyatların həcmi ümumi dövlət borcunu 500% üstələyəcək.
«Moody's» güman edir ki, orta perspektivdə neftin qiyməti 50-70 dollar arasında dəyişəcək, və bu dövrdə Neft Fondunun aktivləri qarşıdakı bir neçə il ərzində də artacaq.
Agentlik hesab edir ki, Neft Fondunun böyük ehtiyatları Azərbaycanın böyük kredit qaytarmaq imkanını gücləndirir və tələb olunarsa, xarici sarsıntılar, o cümlədən neft qiymətinin aşağı düşməsn zamanı istifadə oluna bilər.
«Moody's» gözləyir ki, qarşıdakı bir neçə il ərzində cari əməliyyatlar hsabında böyük müsbət saldo (ÜDM-nin 15-20% həcmində) davam edəcək. Buna səbəb neftin yüksək qiyməti və neft hasilatı kvotasının artırılmasıdır.
İnstitusional bazanın təkmilləşdirilməsi yüksək inflyasiya şəraitində makroiqtisadi və xarici sabitliyi təmin edir
«Moody's»in açıqlamasında bildirilir ki, Azərbaycanın Rusiya ilə möhkəm ticarət əlaqələrinə baxmayaraq Rusiyanın Ukraynaya hücumu iqtisadiyyata ciddi təsir etməyib: 2022-ci ilin mayında neftdən kənar real ÜDM artımı 11% olub. «Moody's» gözləyir ki, 2022-ci ildə ÜDM-nin real artımı 4% təşkil edəcək.
«Koronavirus pandemiyası zamanı dayanıqlıq nümayiş etdirən və başqa ölkələrlə müqayisədə daha az tənəzzülə məruz qalan, üstəlik, valyutanı möhkəm saxlaya bilən Azərbaycan Rusiya-Ukrayna böhranına iqtisadiyyatın güclü dirçəlişi ilə daxil olub. Bu dirçəlişə neftin yüksək niyməti də dəstək verib»-deyə agentlik bildirir.
«Moody's» gözləyir ki, bir qədər əvvəl institusional potensialın güclənməsi inflyasiya təzyiqini aşağı salacaq, hansı ki, bu il 14%-i keçib, ərzaqda isə ümumiyyətlə 20%-ə çatıb. Buna cavab olaraq Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrında kredit dərəcəsini 150 bazis punktu qədər artıraraq 7,75%-ə yüksəldib.
Bundan başqa, hökumət inflyasiyanı azaltmaq üçün ələvə tədbirlər görüb, məsələn bəzi ərzaq növləri üsün vergilər və tariflər azaldılıb, subsidliyalar verilir, eləcə də əsas ərzaq məhsullarının ölkədən kənara ixracına məhdudiyyət qoyulub və ərzaq ehtiyatları siyasətinə başlayıb.
«Moody's» hesab edir ki, hökumətin, lazım gələrsə, aşağı gəlirli ev təsərrüfatına pul ödənişləri şəklində dəstək vermək üçün əlavə maliyyə imkanlar da var. Bundan başqa, neft-qazın yüksək qiyməti ev təsərrüfatlarının gəlirlərini və sosial risklərinin qarşısını alır. Eyni zamanda 2021-ci ildə dövlət sektorunda maaaşlar artırılıb.
Bununla yanaşı, agentlik hesab edir ki, Azərbaycan iqtisadiyyatı və dövlət maliyyəsi qarşıdakı dövrdə dünyada neftdən imtina mövzusunda ciddi riski qarşısındadır.
Məsələ bundadır ki, ölkənin ixracının 90%-i neft-qazın, övlət maliyyə gəlirlərinin isə 60-70%-i neftin payına düşür.
Doğrudur, hazırda dövlət - iqtisadiyyatın diversifikasiyasına (şaxələndirilməsinə) çalışır, amma bunun üçün vaxt tələb olunur. Eləcə də bu planlara insan kapitalının azlığı və institusional məhdudiyyətlər mane olur.
Agentlik hesab edir ki, ölkədə təhsilin aşağı səviyyəsi əmək bazarının artımının qarşısını alır.
Əvəzində qeyri-bərabərliyin artması, səsvermə hüququnun məhdud olması və sayımı, bir qayda oldaraq qaynar nöqtələrdən sayılır. Bununla yanaşı, neft gəlirlərinin ictimai xidmətlərə, o cümlədən təhsil və səyiyyəyə yönldilməsi sosial problemlərini hillinə kömək edir.
Eyni zamanda Agentlik Azərbaycanda idarəetmədəyi problemlərə toxunub. Bildirilir ki, idarəetmənin mənfi tərəfləri özünü məhkəmə orqanlarının müstəqil olmamasında, qanunun aliliyi sahəsində, korrupsiya ilə mübarizədə və şəffaflıq məsələlərində göstərir, «Bu hallar idarəetmə institutlarının effektivliyini aşağı salır, iqtisadi diversifikasiya perspektivlərini və ölkənin kənar ekoloji və sosial risklərə dayanıqlığını aşağı salır».