“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, səhmdarlarının illik ümumi yığıncağı 21 may 2026-cı il tarixində, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində keçiriləcəkdir.
Yığıncağın gündəliyinə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2025-ci il üzrə illik hesabatının, 2025-ci il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq edilməsi, habelə idarəetmə orqanları ilə bağlı məsələlər daxildir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Nəzrin Kərimli təyin edilmişdir. Yaranan suallarla əlaqədar olaraq [email protected] e-mail ünvanına müraciət etməyiniz xahiş olunur.













