ABŞ-da Trampın şəkli olan 250 dollarlıq əskinas hazırlana bilər.
FED.az xəbər verir ki, ölkənin maliyyə naziri Skott Bessent Donald Trampın portreti olan 250 dollarlıq əskinasın dizaynı üzərində ilkin işlər aparıldığını bildirib.
Xatırladaq ki, ABŞ qanunlarına görə, dolların üzərində hazırda yaşayan şəxslərin təsviri yerləşdirilə bilməz. Amma bu qaydanın dəyişdirilməsi gözlənilir. Nazir bildirib ki, qanuna dəyişiklik üçün Konqresdə qanun layihəsinə baxılır.
Hələlik isə Maliyyə Nazirliyi qanun qəbul ediləcəyi halda hazırlıqlı olmaq üçün əvvəlcədən texniki işlər görür.

















