2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən göstərilən 530 mln. manatlıq xidmətlərin 71,7%-i əhali sektoruna aid olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 256,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.