2016-cı ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1,448 mlrd. manatlıq xidmət göstərib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,4% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,6%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 51,6%-i və ya 747,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.