Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 16,1 faiz artaraq 2023-cü il may ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 211,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, əmanətlərin 62,8 faizi milli, 37,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,1 faiz artıb. May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,85 (1,84) manata, 100 Türk lirəsinə 8,62 (8,89) manata, 100 Rus rubluna 2,14 (2,24) manata bərabər olub.