Dünya mərkəzi banklarının (MB) məcmu valyuta ehtiyatları 2016-cı ilin son rübündə 266 mlrd. ABŞ dolları və ya 2,4% azalaraq 11,059 trln. dollardan 10,793 trln. dollara düşüb. Bu barədə Beynəlxalq Vayuta Fondunun (IMF) rüblük hesabatında (Currency Composition of Official Foreign Exchange Reserves, COFER) məlumat verilib.
Xatırladaq ki, bu hesabatda Çin valyutası - yuanda olan valyuta ehtiyatları ilk dəfə təqdim olunub. Belə ki, yuan 2016-cı ildə beynəlxalq valyuta ehtiyatlarında istifadə olunan 8-ci valyuta olmaq haqqı qazanıb.
Hesabatda həmçinin qeyd olunub ki, rüb ərzində MB ehtiyatlarının tərkibində ABŞ dolları 113 mlrd. və ya 2,24% artaraq 5,05 trln. dollara, avro - 19 mlrd. və ya 1,22% azalaraq 1,56 mlrd. dollara, yen - 14 mlrd. və ya 5,12% azalaraq 333 mlrd. dollara enib. Yuan ehtiyatları isə 84,5 mlrd. dollar təşkil edib.