Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlandı 11:42 13 Yan 2017 Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən verilən məlumata görə, 2017-ci il yanvar ayının 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib.