28 dekabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100952S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjadan Fed.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,222,700.00AZN təşkil etmişdir.
Sifarişlər 98.8475 AZN (14.9906%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8475 AZN (14.9906%), orta ölçülmüş qiyməti – 98.8475 AZN (14.9906%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+0) tarixində həyata keçirilmişdir.
Notların nominal üzrə reallaşdırılmış həcmi 10,222,700.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 25.01.2017-cı ildir.