Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Mərkəzi Bankın bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində yerləşən “Heydər Əliyev Zirvəsi”nə yürüş ediblər.
FED.az xəbər verir ki, bankın yaydığı məlumatda bildirilir ki, yürüş iştirakçıları Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən start götürərək, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəni fəth ediblər.
Onlar qeyri-sabit hava şəraitində çətin relyefə malik dağlıq ərazidən keçməklə “Heydər Əliyev Zirvəsi”ndə Ulu Öndərin xatirəsini ehtiramla yad edərək Ümummilli Liderin barelyefinin qarşısında Azərbaycan Respublikasının Dövlət bayrağını dalğalandırıblar.