Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla birlikdə inflyasiya meyilləri müzakirə edilib.
İlin sonuna Azərbaycanda inflyasiyanın - 6-7 Faizədək Azalacağı Gözlənilir
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tvitter hesabında bildirib.
"AMB-də ölkədəki bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə olundu, həmçinin pul bazarındakı proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - deyə o qeyd edib.