Azərbaycan Mərkəzi Bankı (AMB) həftə ərzində keçirdiyi valyuta hərraclarının sayını 3-dən 2-yə endirib.
FED.az xəbər verir ki, bank dairələrindən aldığı məlumata əsasən, indiyədək həftənin I, III və V günlər keçirilən valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər təşkil olunacaq.
Bununla yanaşı, AMB depozit hərraclarının sayı həftədə 2 dəfəyə çatdırılıb. Belə ki, əvvəllər yalnız I günlər keçirilən hərraclar artıq III günlər də təşkil ediləcək.