Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2022-ci ilin oktyabr ayında 135,7 milyon dollar artıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31.10.2022-ci il tarixində valyuta ehtiyatları 7 milyard 803 milyon dollara çatıb.
30.09.2022-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 667.3 milyon dollar təşkil etmişdi.