Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-aprel ayların üzrə valyuta ehtiyatları ilə bağlı göstəriciləri korrektə edib.
Eləcə də bax: Mərkəzi Bankın valyuta ehtiyatları - 14% ARTIB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bank 2022-ci ilin yanvar ayı üzrə valyuta ehtiyatları üzrə göstəricini 7074. 1 mln. dollar (əvvəlki 7072.7 mln. dollar), fevral ayı üzrə 7159.9 mln. dollar (7158 mln. dollar), mart ayı üzrə 7138.4 mln. dollar (əvvəlki 7136.5 mln. dollar) olaraq düzəliş edib.
AMB aprel ayı üzrə olan göstəricini isə 7087.8 mln. dollar olaraq (əvvəlki 7085.8 mln. dollar) korrektə edib. Başqa sözlə, Mərkəzi Bank valyuta ehtiyatları ilə bağlı göstəricini yanvar ayı üzrə 1,4 mln. dollar, fevral və mart ayları üzrə 1,9 mln. dollar, aprel ayı üzrə isə 2 mln. dollar artırıb. (Apa)