"Principal" MMC “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirəcək.
FED.az xəbər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı elektron satınalma çərçivəsində keçirilmiş açıq tender üzrə Tender komissiyasının 16 dekabr 2021-ci il tarixli qərarına əsasən "Principal" MMC qalib elan edilmişdir.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
2016-cı ildə dövlət qeydiyyatına alınmış "Principal" şirkətinin qanuni təmsilçii Abdurahmanov Orxan Əlisəfa oğludur. (Marja)