Ötən il valyuta bazarında hər hərracda orta hesabla 70 milyon dollar təklifi olub.
Əhalinin satdığı dollar aldığından - 423 MİLYON DOLLAR ARTIQ OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, auksionlarda orta dollar alışı isə 54 milyon dollar təşkil edib.
"Bu ilin yanvar ayında da valyuta bazarında artımlar görünmür. Yanvarda 300-350 milyon valyuta satıldı, plana görə isə 700 milyon valyuta satılmalı idi. Son 3-4 ildə yanvar ayında aşağı göstəricidir ki, vətəndaşlar daha az - 18 milyon dollar valyuta alıb", - deyə o, bildirib.










