2025-ci ildə Azərbaycanda əhalinin valyutadəyişmə məntəqələrinə satdığı xarici valyuta, məntəqələrdən alınan valyuta həcmindən 423 milyon dollar artıq olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı açıqlamasında bildirilir.
Neft Fondu valyuta satışını 3 dəfəyə yaxın artırıb
Mərkəzi Bank bildirib ki, 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.
Yerli əhalinin dollar əmanətlərinin üumumi əmanət portfelində payı isə 2,6% faiz bəndi azalaraq 28%-ə düşüb: «Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir».
Nəhayət, 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.










