Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
AMB-dən FED.az-a verilən xəbərə görə, 15 may tarixində keçiriləcək hərracda Mərkəzi Bank 150 000 000 (yüz əlli milyon) manat vəsait cəlb etməyi planlaşdırır.
Hərracın tarixi: 15 may 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 150 000 000 (yüz əlli milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01% – 14,99%.