2016-ci ilin 23 noyabr tarixində BFB-də Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu dəfə bazara 75 milyon manat həcmində not çıxarılıb. Bir notun nominal dəyəri 100 AZN təşkil edir.
Hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Lakin bəzi şərtlər də var. Belə ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Həmçinin hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si |
50100452S |
Hərraca çıxarılan həcm |
75 000 000 AZN |
Bir notun nominal dəyəri |
100 АZN |
Notların tədavül müddəti |
28 gün |
Ödəmə tarixi |
21 dekabr 2016-cü il |