Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını elan edib.
FED.az AMB-yə istinadən xəbər verir ki, 24 yanvar 2017-ci il tarixində keçiriləcək hərracda 50 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 12,01%-14,99% müəyyən olunub.