Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən Fed.az-a verilən məlumata görə, noyabrın 28-də keçiriləcək həracda 50 000 000 (əlli milyon) manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gündür.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.