Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
FED.az xəbər verir ki, 13 martda baş tutacaq hərracda AMB 200 milyon manat vəsait cəlb etməyi nəzərdə tutub.
Hərracın tarixi: 13 mart 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 200 000 000 (iki yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%.