Sabah Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
FED.az xəbər verir ki, AMB hərracda 200 000 000 (iki yüz milyon) manat cəlb etməyi planlaşdırır.
Müddət 14 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Hərracın tarixi: 3 mart fevral 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 200 000 000 (iki yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%.