Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, fevralın 27-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Faiz dərəcələri 12,01%-14,99% təşkil edən hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.