Dünyanın 5-ci ən varlı insanı Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib. Apa "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib.
"Bloomberg Billioners" indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir.
Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub.