Son bir ildə manatın devalvasiyası bizi təşviq edir ki, öz tənzimləmə alətlərimizi aktiv şəkildə işə salaq.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı idarəsinin rəisi Nurlan Babayev bank forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bu prosesə başlanılıb: "Prudensial normativlər sərtləşdirilib, istər ehtiyat normaları olsun, istər sağlam kreditləşməyə dair tələblər, istərsə də valyuta mövqeyinə dair tələblər olsun. Bütün bu dəyişikliklər o zərurətdən irəli gəldi ki, müəyyən makroiqtisadi göstəricilərdə ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklər indi də davam edir. Biz dərk edirik ki, əvvəlki tənzimləmə alətləri işə yaramır.
N. Babayev bildirib ki, mövcud vəziyyətə uyğun olaraq yeni yanaşma olmalıdır: "Prudensial normativlər, o cümlədən kapital tələbləri daha da sərtləşdirilməlidir, alətlər çeşidi genişləndirilməlidir. Əks təqdirdə qoyduğumuz tələblərin heç bir effekti olmayacaq".
Apa©