Ödəniş operatoru olan “MasterCard” ilin ikinci rübü üçün maliyyə hesabatlarını açıqlayıb və bundan belə nəticəyə gəlmək olar ki, şirkət Rusiyada fəaliyyətini dayandırdığı üçün üç ay ərzində 26 milyon dollar itirib.
Eləcə də bax: "Visa" və "Mastercard" kartları Rusiya daxilində işləyəcək - Rusiya Mərkəzi Bankı
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət Rusiyanın Ukraynada müharibəyə başlamasına cavab olaraq mart ayında fəaliyyətini dayandırdığını elan edib. O vaxtdan bəri “MasterCard” Rusiyada təxminən 30 milyon dollar itirib. İlin sonuna bu məbləğ 37 milyon dollara qədər yüksələ bilər.
Buna baxmayaraq, Rusiya bazarının itirilməsi şirkətin özünə praktiki olaraq təsir etməyib. Belə ki, “MasterCard”ın rüblük gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 5.5 milyon dollara yüksəlib. Şirkətin xalis mənfəəti rübdə 10% artaraq 2.27 milyard dollara çatıb.
Visa kimi, MasterCard da beynəlxalq turizmin bərpasından və transsərhəd ödənişlərin müvafiq artımından faydalanır. Onların həcmi ötən illə müqayisədə 58% artıb.