Mart ayında illik inflyasiya 13,6 faiz təşkil edib. Bu, ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.
Azərbaycanda inflyasiya proqnozu - DƏYİŞMƏZ QALIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mayın 3-də faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Diqqətə çatdırılıb ki, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib. (Azərtac)