Fevralın 28-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə BFB-dan məlumat verilib.
Hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Hərracın keçirilməsi tarixi | 28.02.2017 |
Dövlət istiqrazının növü | DOİ |
Qiymətli kağızın İSİN kodu | AZ0105001553 |
Ümumi həcmi (manat) | 10 000 000 |
Bir istiqrazın nominal dəyəri (manat) | 100 |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz dərəcəsi | 15 % |
Faiz gəlirinin ödəniş tarixləri | 29.08.2017
27.02.2018 28.08.2018 26.02.2019 |
Ödəmə tarixi | 26.02.2019 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.