Noyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən xəbərə görə, istiqrazların ümumi həcmi 15 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2017-ci il noyabrın 7-dir.
Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.