Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110005920 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün (7 illik) tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, istiqrazlara maraq pis olmayıb - 5 investor ümumilikdə 21 milyon 780 min manatlıq sifariş verib. Yəni sifarişlərin həcmi təklifi 2 dəfədən çox üstələyib. Amma istiqrazların gəlirliyi investorların gözləntilərini doğrultmayıb. Sifarişlərdə investorların təklif etdiyi illik gəlirlik 9,9% və 7% olub. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 (7%), orta ölçülmüş qiyməti 100 (7%) müəyyən edilmişdir. Nəticədə 21 milyon manatdan artıq sifariş toplansa da, yalnız 250 min manatlıq istiqraz yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 12 dekabr 2028-ci il.