31 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106027888 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Maliyyə Nazirliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 96.0683 AZN (8%) və 103.2889 AZN (5.2998%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 103.1492 AZN (5.3498%), orta ölçülmüş qiyməti 103.2462 (5.315%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 milyon 342 min manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 27 avqust 2024-cü il.
Hərrac iştirakçıları 01 sentyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.(marja)