Maliyyə Nazirliyi manatın məzənəsinin sabit qalmasında maraqlıdır.
Eləcə də bax: AMB sədri manatın növbəti il üçün məzənnəsindən - DANIŞDI
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nazir Samir Şərifov bildirib.
"Bunun üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik", - deyə o, qeyd edib.
Bundan başqa, nazir deyib ki, dünyada karbohidrogen qiymətlərinin yüksək olması səbəbi ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulandan xeyli çoxdur. Buna görə də, büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadə nəzərdə tutulmur.
"Azərbaycanda fiskal dayanıqlılığın təmin edilməsi ilk növbədə qeyri-neft baza kəsrinin ilbəil azaldılması yolu ilə təmin edilə bilər. Digər yol isə Dövlət Neft Fondunun gəlirlərinin sabitliyini qorumaqdır", - deyə S.Şərifov əlavə edib. (Report)