Bu il Azərbaycanda verilən kreditlərin böyük hissəsi biznesə ayrılıb.
2019-cu ildə Azərbancan banklarının ayırdığı kreditlərin byöük hissəsi biznes sektoruna verilib.
FED.az xəbər verir ki, bu barədə «Kiçik və orta biznes subyektlərnin maliyyə bazarlarina çıxışında şəffaflıq forumu: mövcud vəziyyət və perspektivlər» adlanan forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri İbrahim Alışov bildirib.
Eləcə də bax: «İnzibatçılıq və sərt tələblər biznesin kreditləşməsinə - MANE OLUR» – MÜSAHİBƏ
Onun sözlərinə görə, 2019-cu ilin ilk 10 ayında banklar tərəfindən 7 milyard manat kreldit ayrıılb ki, onun 3,1 milyard manatı istehlak məqsədləri ilə, 3,9 milyard manat isə biznes üçün ayrılıb. Ümumiyyətlə ölkə banklarının kredit portfelinin 6 milyard manatı istehlak, qalan 7,6 milyard manatlıq hissəsi isə biznes kreditlərindən ibarətdir.
BOKT-ların isə kredit portfeli banklarla müqayisədə çox aşağıdır və cəmi 220 milyon manat təşkil edir.
İbrahim Alışov bildirib ki, hazırda Azərbaycan bankları hər ay biznesə 423 milyon manat, istehlak məqsədilri üçün isə 349 milyon manat kredit ayırırlar. Biznes kreitlərinin yarıdan soxu - 3,5 milyard manatı kiçik və orta biznes nümayəndələrinə ayrılıb.
Bununla yanaşı, Palata rəhbəri qeyd edib ki, bu il verilən kreditlərin 61%-i 1 mil yon manatdan artıqdır. Palata rəbəri bildirir ki, kreditlərin böyük hissəsinin 1 milyon manatdan artıq olması kisik biznesin şəffaflığında böyük problemləri olduğunu göstərir: «Ona görə də KOB-lara təklif edirik ki, bizneslərini şəffaflaşdırsınlar, çünki biznes şəffaf olmasa, bankların qeyri-şəffaf biznesə kredit vermələri qeyri-mümkündür».