Cümə axşamı imzalanmış və üçüncü tərəfin razılığını tələb etməyən sövdələşmənin məbləği 100 milyon dollar təşkil edir – şirkət bildirir. Şərtə əsasən, Noyabr ayında 90 milyon dollar, qalan hissəsi isə 2017-ci ilin əvvəlində ödəniləcək.
“Mail.ru Rroup”un direktorlar şurasının sədri Dmitri Qrişin bildirdi:
“Delivery Club”ın əldə edilməsi bizim üçün dünya üzrə getdikcə məşhur mobil xidmətinə çevrilən “foodtech”in yeni böyük seqmentini açır”.
İyunun 18-i Foodpanda şirkəti “Delivery Club”ı aldığını elan etdi. Qeyd edək ki, servis 2009-cu ildə yaradılıb, bu gün isə o Rusiyanın 18 şəhərində yemək çatdırılması ilə təmin edir. “Mail.ru Group”un hesablamasına əsasən, gün ərzində sifarişlərin sayı 20 minə çatır. 2016-cı ilin birinci yarımilliyinin nəticəsinə görə, gəlir 296 milyon rubl təşkil etdi.