Mayın 31-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% azalaraq 0,1983 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.
Eləcə də bax: Lirənin manata qarşı məzənnəsi - Tarixi Minimumu Yeniləyib
FED.az xəbər verir ki, manatın 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir 20 qəpik səviyyəsindən aşağı düşüb.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,0429 lirəyə bərabərdir. (Apa)