Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəifləmiş milli valyutanın əhalinin üzərindəki yükünü yüngülləşdirəcək və dollarlaşmanı azaldacaq bir sıra addımları atılacağı açıqlamasından sonra Türkiyə lirəsi ABŞ dollarına qarşı 20% möhkəmlənib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı - QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ötən gün Bakı vaxtı ilə saat 16:52-də lirənin dollara qarşı məzənnəsi 17,7540 lirə səviyyəsinə qədər enib, lakin prezidentin çıxışından sonra məzənnə 13 lirə səviyyəsinədək yüksəlib.
Türkiyə Banklar Assosiasiyasının (TBA) rəhbəri Alpaslan Çakar bildirib ki, Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Türkiyə Mərkəzi Bankı bazarda 1 mlrd. dollara yaxın valyuta realizə edib. A. Çakar qeyd edib ki, dövlət banklarından başqa, özəl banklar da Ərdoğanın elan etdiyi tədbirlərə qoşula bilər və bunların xərci Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq. O, həmçinin, prezidentin tövsiyə etdiyi kimi, qızıl əmanətlərinin iqtisadiyyata daxil edilməsi üçün müəyyən tədbirlərin görüləcəyini bildirib.
TBA rəsmisi əlavə edib ki, aşağı faiz dərəcələri ilə bir neçə ay ərzində inflyasiyanın enəcəyi gözlənilir.