“PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ildə 102 mln. manat sığorta haqqı toplamağı planlaşdırır, bu da 2016-cı ilin göstəricisindən 31,3% çoxdur. Bu barədə şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov “PAŞA Həyat Sığorta”nın mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin yekunları üzrə şirkətin sığorta haqları 77,679 mln. manat (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 42,5%), ödənişləri 45,907 mln. manat (artım 3 dəfə) olub.
N.İsmayılov qeyd edib ki, bu yaxnlarda şirkətin saytı tamamilə yenilənib.
“Bundan başqa, cari ilin I rübündə ancaq müştərilərin istifadəsi üçün xüsusi “Android” və “iOS” istifadəçiləri üçün tətbiqimiz istifadəyə veriləcək”, - deyə o vurğulayıb.