InvestAZ'ın analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropa iqtisadiyyatının inkişaf sürətinin zəif qalması, Avropanın siyasi sferasında populist şüarlar və Amerika Mərkəzi Bankının (FED) dekabr ayının 14-də faiz dərəcələrini artıra biləcəyi gözləntilərinin yüksək qalması, EUR/USD məzənnəsini də təzyiq altında saxlamaqdadır. Artıq bazar ertəsi 1.05$-a kimi ucuzlaşan məzənnə üzrə texniki təhlillər onu göstərir ki, qiymət 1.04 və 1.02$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı (faiz, istiqraz alışı və s.) açıqlaması gözlənilir.
GBP
Dünya birjalarında neft qiymətlərinin bahalaşması, Böyük Britaniya funt sterlinqinin qiymətinə də müsbət təsir edir. Cari həftənin başlaması ilə 1.27$-dək dəyər qazanan GBP/USD cütlüyünün qiyməti isə dolların dünya birjalarında yenidən bahalaşması ilə, 1.23$-a kimi davam edə biləcək yeni eniş dalğasına başlaya bilər.
OIL
Keçən həftə ərzində Avropanın Brent markalı neftinin bir barel qiyməti 19% bahalaşıb. Artıq 55$ ətrafında ticarət edilən qiymətin gələcək günlərdə də 50-55$ aralığında ola biləcəyini proqnozlaşdırırlar.
GOLD
Digər əmtəə birjalarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1160$-a (37.2 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1155$ (37.0 $/qram) və 1100$-a (35.3 $/qram) kimi də ucuzlaşa bilər.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:07
5 Dek 2016