InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi 1.05$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca yenidən 1.07$ və 1.08$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bu həftənin çərşənbə axşamı isə məzənnənin qiymətinə təsir edə biləcək önəmli statistik məlumatlar açıqlanacaqdır. Bunlardan ən önəmlisi Avrozonanın fevral ayı üzrə inflyasiya və ABŞ-ın 2016-ci il üzrə iqtisadi inkişaf səviyyəsidir.
GBP
GBP/USD məzənnəsi keçən həftə 1.24$-ın üzərində ticarət edilmişdir və bu səviyyənin üzərində qalmaqda davam edərsə, yenidən 1.26$ və 1.28$-a kimi də bahalaşa bilər. Eyni zamanda bu həftə ərzində açıqlanacaq Böyük Britaniyanın pərakəndə satış dövriyyəsi və xidmət və istehsal sektorlarında biznes aktivliyi indekslərinin məzənnənin qiymətinə təsir edə biləcəyi gözlənilir.
TRY
Türk lirəsinin qiyməti keçən həftə ərzində 3.60TL-ə kimi ucuzlaşıb və qiymət əlavə olaraq 3.64TL-ə kimi də ucuzlaşa bilər. Bununla yanaşı bu həftə Türkiyənin xarici ticarət dövriyyəsi və fevral ayı üzrə inflyasiya səviyyəsi açıqlanacaqdır. Yayımlanacaq göstəricilərin də məzənnənin qiymətinə təsir edə biləcəyi ehtimal edilir.
OIL
Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti 57$-a kimi bahalaşdıqdan sonra yenidən 56$-a kimi ucuzlaşmışdır. Burada isə qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, qiymət yenidən 57$-a kimi bahalaşarsa, 58$-a kimi dəyər qazana bilər.
GOLD
Əlvan metallar bazarında qızılın bir unsiya üzrə qiyməti keçən həftə 1260$-a (40.4 $/qram) kimi dəyər qazanıb. Avropa və ABŞ-da siyasi qeyri-müəyyənliklər və inflyasiyanın artması qızıla olan tələbi artırır. Beləliklə, qiymət 1260$-ın üzərində möhkəmlənərsə, 1287$-a (41.3 $/qram) kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_____________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.