“Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.
Yerli mətbuatın yazdığına görə, “Coca-Cola” qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.