“Chevron” (ABŞ) neft şirkəti 2017-ci il üzrə xərclərini kəskin azalmaq niyyətindədir.
Xarici KİV-lərin verdiyi məlumata görə, gələn il şirkətin əsaslı xərcləri 19 mlrd. dollar nəzərdə tutulub. Gələn ilin xərclərinin 2015-ci ilin xərclərindən 42%, bu il üçün nəzərdə tutulan xərclərdən 15% az olması gözlənilir. Ötən il şirkətin büdcəsi 35 mlrd. dollar olub, bu il isə 26,6 mlrd. dollar nəzərdə tutulub.
“Chevron”un gələn il üçün nəzərdə tutulan xərclərinin 17,3 mlrd. dolları hasilat və kəşfiyyat işlərinə, 2,2 mlrd. dolları isə nəqletmə, emal və satışa yönəldiləcək.