Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) 2016-cı il üzrə maliyyə hesabatının auditini keçirmək üçün auditor seçiminə dair tender üzrə təkliflərin qəbulu müddətini uzadıb. Bu barədə İB-dən məlumat verilib.
“Audit şirkətlərindən təkliflərin qəbulu 27 fevarl tarixində bitib. Tender komissiyasının qərarına əsasən, təkliflərin qəbulu martın 9-dək uzadılıb. Təkliflər zərfi 13 mart 2017-ci il tarixində açılacaq”, - deyə məlumatda deyilir.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Müqavilə bağlandıqdan sonra tenderin qalibi bütün işləri 1 iyun 2017-ci ilədək yerinə yetirməlidir.